- 22 Sentyabr 17:24
Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Kamal Cəfərov Avropa İnsan Hüquqları Məhkəməsinə Hakimlərin Seçki Komitəsinin üzvü təyin olunub.
E-huquq.az xəbər verir ki, azərbaycanlı deputatın namizədliyi AŞPA-nın Avropa Mühafizəkarlar Fraksiyası tərəfindən irəli sürülüb və yekdilliklə qəbul olunub. AŞPA-nın Bürosu Milli Məclisin deputatı Kamal Cəfərovun Avropa İnsan Hüquqları Məhkəməsinə Hakimlərin Seçki Komitəsinin üzvü təyin edilməsi ilə bağlı qərar qəbul edib.