Məhkəmə uşaq arabasından oğurluq etməkdə təqsirləndirilən şəxslə bağlı qərar verəcək


  • 21 Noyabr 2023 17:00

Lökbatanda oğurluq etməkdə təqsirləndirilən Anar Mirabasovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılaması üçün Qaradağ rayon Məhkəməsinə göndərilib.

İş hakim Rufan Mürsəlovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı məlum deyil.

Qeyd edək ki, 33 yaşlı Anar Mirabasov Lökbatan qəsəbəsi ərazisində yerləşən ticarət mərkəzində Bakı şəhər sakini olan qadının uşaq arabasından içərisində 918 manat pul və bank kartları olan cüzdanını oğurlamaqda şübhəli bilinir. Ona qarşı Cinayət Məcəlləsinin 177.1-ci maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər