- 16:32
Türkiyənin paytaxtı Ankarada polis əməkdaşı silahlı hücuma məruz qalıb.
E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə Ankaranın Pursaklar rayonunda nəzarət-buraxılış məntəqəsində avtomobilin yoxlanılması zamanı baş verib.
Polis əməkdaşları içərisində üç nəfərin olduğu avtomobili saxlayaraq yoxlama apararkən arxa oturacaqda əyləşən şəxs avtomobildən düşüb və polis əməkdaşı Əhməd Türkoğluya iki dəfə atəş açıb.
Ağır yaralanan polis əməkdaşı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə yerindən qaçan şübhəlilər polis qruplarının keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə