Ölkədən qızıl aparanda bəyan etmək məcburidir?


  • 15:36

"Bəzi vətəndaşlar xaricə səfər edərkən üzərlərində qızıl aparmaqla bağlı yanlış bilgiyə sahibdirlər".

E-huquq.az xəbər verir ki, bunu vəkil Bəhruz Orucov deyib.

O bildirib ki, şəxsi istifadə üçün olan qızılların ölkədən çıxarılması üçün əvvəlcədən bəyan etməyə ehtiyac yoxdur. "Bir çox hallarda geri qayıdanda gömrük əməkdaşları soruşur: "Bu qızıllar hardandır? Niyə bəyan etməmisən?" Halbuki, şəxsi istifadəyə aid qızılların ölkədən çıxarılması üçün əvvəlcədən bəyan etmə məcburi deyil. Şəxsi qızıllarınızı ölkədən aparmaq üçün mütləq bəyan tələbi yoxdur".

Vəkil əlavə edib ki, geri dönüş zamanı müəyyən limitlər tətbiq oluna bilər: "Əgər siz qızılı kommersiya məqsədilə gətirmirsinizsə, bunu sübut etmək sizin yox, gömrük orqanının vəzifəsidir. Sizdən izahat alınarkən vəkil tələb etmək hüququnuz var. Hər hansı təzyiq və ya əsassız ittiham halında hüquqlarınızı bilin və müdafiə edin. Səfərə çıxarkən məlumatlı olmaq sizi əlavə problemlərdən qoruyar".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər