İşçilərin məzuniyyət haqqı necə hesablanır?


  • 10 İyun 2021 14:24

İşçi ilə işəgötürən arasında müqavilə bağlanılarkən əmək şəraitinin əsas şərtlərindən biri də işçinin məzuniyyət hüququdur. Məzuniyyət tarixi və ödənişləri isə hər iki tərəf arasında razılaşma yolu ilə xüsusi qayda ilə hesablanır.

E-huquq.az xəbər verir ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin baş əmək müfəttişi Mehman Abdullayev ARB-nin "Günə doğru" verilişində məzuniyyət günləri və ödənişlərinin necə hesablanması ilə bağlı məsələyə aydınlıq gətirib.

Onun sözlərinə görə, müxtəlif kateqoriyalı işçilər var ki, onlarda məzuniyyətin müddəti qanunvericilikdə texniki icraçılar üçün 21 gün, mütəxəssis və məsul vəzifədə işləyənlər üçün 30 gün, fiziki xüsisuyyətlərinə görə 42 gün, müəllimlər üçün 56 gün müəyyən olunur: “Məzuniyyətin hesablanması işçi məzuniyyətə çıxmazdan əvvəl 12 təqvim ayı ərzində aldığı əmək haqqının cəmini həmin ayların sayına, yəni 12-yə bölməklə ilk orta aylıq əmək haqqının nəticəsi ilə müəyyən edilir. Həmin orta aylıq əmək haqqı 30.4-ə bölünür və işçinin neçə gün məzuniyyəti varsa həmin günlərin sayına vurulur”.

Qeyd edək ki, vaxtında ödənilməyən məzuniyyət haqqına görə isə müəssisə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsinə əsasən, işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər 700 manatdan 1500 manatadək məbləğdə cərimə edilir.

Oxşar xəbərlər