Biznesdəki mübahisələrin mediasiya yolu ilə həlli


  • 5 Yanvar 2022 09:00

Biz biznesdə münaqişələrin mediasiya yolu ilə həlli üçün xidmətlər təklif edirik.

Mediasiya məhkəmə və ya arbitrajla müqayisədə mübahisələri həll etmək üçün daha ucuz və daha sürətli üsuldur.

Mübahisələrin məhkəmədə həlli daha çox vəsait, vaxt tələb etdiyindən dünyanın əksər ölkələrində vətəndaşların yalnız 7%-i məhkəmələrə müraciət edir və buna görə də kommersiya sferasında mübahisələrin effektiv həlli məsələsi biznes üçün aktualdır.

Mediasiya prosesi necə olur?

Mediasiya iki və ya daha çox tərəfin könüllü olaraq öz mübahisəsini mediatorun köməyi ilə həll etdiyi mütəşəkkil prosesdir.

Mediasiya prosesi tərəflərin təşkilatımıza, yəni Bakı 2 saylı Mediasiya təşkilatına müraciəti ilə başlayır və aşağıdakı mərhələləri əhatə edir:

- Tərəflərin mübahisənin mahiyyəti haqqında məlumat verməsi və onun mediator tərəfindən öyrənilməsi

- İştirakçıların dairəsini və onların səlahiyyətlərini, mediasiya prosesinin vaxtını və yerini müəyyən etmək, habelə münaqişənin həlli üçün vacib olan digər məsələləri müzakirə etmək məqsədilə hər bir tərəflə ilkin görüşlər/telefon danışıqları

- Arqumentlərin və maraqların, risklərin və alternativlərin araşdırılmasına, habelə problemin həlli variantlarının kollegial müzakirəsinə və qarşılıqlı faydalı həll yolunun tapılmasına yönəlmiş tərəflərlə ümumi və fərdi görüşlər

- Mediasiyanın nəticələrinə dair müqavilənin təsdiqi və imzalanması.

Mübahisələri həll etmək üçün mediasiyadan istifadə dialoq və həll yollarının birgə axtarışı vasitəsilə kommersiya tərəfdaşlarınızla münasibətləri yaxşılaşdırmağa kömək edə bilər. Biz sizin əməkdaşlıq etməyiniz üçün əlverişli şərait yaradacağıq.

Mediasiya hansı mübahisələrə şamil edilir?

Dünya təcrübəsində mediasiya kommersiya fəaliyyətinin bütün sahələrində müqavilə və qeyri-müqavilə münasibətlərindən irəli gələn mübahisələrin və münaqişələrin həlli üçün effektiv vasitə kimi özünü təsdiq etmişdir.

2saylı Bakı Mediasiya Təşkilatının mediatorları kommersiya mübahisələrinin həlli üçün xidmətlər təqdim edir, o cümlədən:

⇒ ailə üzvləri də daxil olmaqla biznesin ortaq sahibləri arasında mübahisələr

⇒ əmlaka (daşınmaz əmlaka, torpaq sahəsinə və ya digər əmlaka) mülkiyyət hüququ və ya ondan istifadə qaydası ilə bağlı mübahisələr

⇒ müqavilə mübahisələri (o cümlədən xarici şəxslərlə müqavilə mübahisələri)

⇒ kollektivdə əmək mübahisələri və münaqişələr

⇒ əqli mülkiyyət və françayzinqlə bağlı mübahisələr

⇒ daşınmaz əmlakın tikintisi və layihələndirilməsi zamanı mübahisələr

⇒ maliyyə və bank mübahisələri (borc verənlər və borcalanlar arasında)

⇒ istehlakçı mübahisələri.

Mübahisənizin mahiyyətini müzakirə etmək üçün bizimlə əlaqə saxlayın.

Könüllü: heç bir mübahisə olmadığı zaman vasitəçilik xidmətləri

Mübahisə olmadıqda, məsələn, investisiya layihələri üzrə razılığa gəldikdə və ya biznesə başladıqda, biz həmçinin danışıqlarda vasitəçilik xidmətlərini təklif edirik. Belə olan halda biz danışıqlar prosesinə hərtərəfli hazırlığı həyata keçiririk və aydınlaşdırılması vacib olan məsələlərin dairəsini müəyyən etməyə kömək edirik. Bu balanslaşdırılmış yanaşma gələcəkdə anlaşılmazlıqların və münaqişələrin qarşısını almağa kömək edəcəkdir.

Zəhmət olmasa, mütəxəssislərimizlə əlaqə saxlayın və biz mübahisənizi effektiv şəkildə həll etmək üçün əlimizdən gələni edəcəyik.

İlhamə Həsənova

2 saylı Mediasiya Təşkilatının rəhbəri

Fəaliyyət göstərilən ünvan: Bakı şəhəri, Xan Şuşinski 158, Ev 72 F(Şam restoranının yanı),

E-mail adresi: mediasiya02@gmail.com

Əlaqə telefonları:

012-449-62-08,012-449-91-11
070-511-49-90, 050-611-49-90

Poçt indeksi: AZ1106

Qeyri-kommersiya qurumunun qeydiyyat nömrəsi: 1121-Q77-3965

Həsənova İlhamə Zakir qızı

Tel:050-611-49-90

Oxşar xəbərlər