Hakimliyə namizədlər üçün test imtahanının vaxtı açıqlandı


  • 13 Oktyabr 2021 17:24

200-dən çox hüquqşünas hakimliyə qəbulla bağlı test imtahanında iştirak etmək üçün sənədlərini təqdim ediblər.

Hakimlərin Seçki Komitəsindən e-huquq.az-a verilən məlumata görə, həmin namizədlərlə test imtahanı cari ilin noyabr ayının 5-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən pandemiya rejiminin tələblərinə əməl olunmaqla keçiriləcəkdir (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi 28). Növbəti müsabiqə üçün sənədlərin qəbulu isə fasiləsiz davam etdiriləcəkdir.

Həmçinin, namizədlərə xatırladılır ki, test imtahanı DİM tərəfindən qanunvericiliyə uyğun olaraq ödənişli keçirilir. Namizədlərin rahatlığı üçün imtahana görə ödənişin aparılması və “İmtahana buraxılış vərəqəsi”nin əldə olunması DİM tərəfindən oktyabr ayının 25-dən etibarən dim.gov.az saytı vasitəsilə həyata keçiriləcəkdir. Müsabiqə ilə bağlı “Yaddaş Kitabçası” isə Məhkəmə-Hüquq Şurasının jlc.gov.az saytından əldə edilə bilər.

Əlaqə telefonları: (012) 510-22-97; (012) 510-21-62

Oxşar xəbərlər