Şirvan Apellyasiya Məhkəməsinin fəaliyyəti təhlil edildi - FOTO


  • 27 Sentyabr 2022 16:48

Şirvan Apellyasiya Məhkəməsinin 2022-ci ilin birinci yarımilliyində ədalət mühakiməsinin həyata keçirilməsi ilə əlaqədar fəaliyyətinə və görülmüş işlərin təhlilinə dair məhkəmənin Rəyasət Heyətinin videokonfrans formatında geniş tərkibdə iclası keçirilib.

E-huquq.az xəbər verir ki, iclasda Şirvan Apellyasiya Məhkəməsinin Rəyasət Heyətinin üzvləri və məhkəmənin ərazi yurisdiksiyasına daxil olan birinci instansiya məhkəmələrinin sədrləri və hakimləri iştirak ediblər.

Sədr Vəli Abdullayev iclasın gündəliyində duran məsələləri və 2022-ci ilin birinci yarımilliyində Şirvan Apellyаsiyа Məhkəməsi tərəfindən ədalət mühakiməsinin həyata keçirilməsi ilə əlaqədar görülmüş işlərə dair ümumi məlumatı diqqətə çatdırmış, ötən müddət ərzində məhkəmənin icraatına daxil olmuş işlərin sayı, dinamikası və onlara baxılması nəticələri barədə statistik göstəricilərin qısa təhlilini aparıb.

İclasda çıxış edən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri vəzifəsini icra edən Rafiq Cəfərov, Mülki Kollegiyasının sədri vəzifəsini icra edən Samir Mayılov, İnzibati Kollegiyasının sədri Müşfiq Həsənov və Kommersiya Kollegiyasının sədri Tale Kərimov iclas iştirakçılarına 2022-ci ilin birinci yarımilliyində baxılmış işlərin müqayisəli şəkildə statistik göstəricilərinə dair məlumat verərək, birinci instansiya məhkəmələrinin hakimləri tərəfindən qəbul edilmiş məhkəmə aktlarının ləğv edilməsi əsaslarını, eləcə də yol verilmiş maddi və prosessual hüquq normalarının xarakterik pozuntularını, habelə işlərə baxılan zaman məhkəmə təcrübəsində rast gəlinən fikir ayrılıqlarını qeyd ediblər.

Sonda Şirvan Apellyasiya Məhkəməsinin sədri iclas iştirakçılarına öz təşəkkürünü bildirərək, söylənilən fikirlərin daim diqqətdə saxlamağı və icra etməyi birinci instansiya məhkəmələrinin sədr və hakimlərinə tövsiyə edərək iclası yekunlaşdırıb.

Oxşar xəbərlər