Ali Məhkəmə məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığı barədə iddianın mümkünlüyünə aydınlıq gətirdi


  • 23 Fevral 2024 17:31

Ali Məhkəmə məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığı barədə iddianın mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə qərar qəbul edib.

E-huquq.az xəbər verir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418-1-ci maddəsinin tələblərinə müvafiq qaydada verdiyi 2023-cü il 20 aprel tarixli təqdimatı əsasında mübahisəli hüquqi məsələyə hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədi ilə baxaraq aşağıdakıları müəyyən edib.

Mübahisəli hüquqi məsələnin məzmunu

1. Hazırda Ali Məhkəmənin icraatında əvvəllər müəyyən edilmiş hüquqi mövqedən fərqli yanaşmanın tətbiqini zəruri edən, məhkəmənin təsdiq etdiyi “barışıq sazişinin etibarsız hesab olunması” tələbinə dair mülki iş vardır.

İddia tələbinin əsaslandırılması

2. İş üzrə iddiaçı məhkəmə qərardadı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsız sayılmasını tələb edir və iddiasını onunla əsaslandırır ki, sazişi təhdid altında, iradəsinə zidd şəkildə bağlamağa məcbur olmuşdur.

3. Birinci instansiya məhkəməsi MPM-in 0.1-ci və 261.0.2-ci maddələrinə istinad edərək işin icraatına xitam vermişdir. Məhkəmə qanuni qüvvəyə minmiş qərardadla təsdiq edilmiş barışıq sazişinin iddia qaldırılmaqla mübahisələndirilməsini mümkün saymamışdır. Apellyasiya instansiyası məhkəməsi də bu mövqe ilə razılaşaraq iddiaçının şikayətini rədd etmişdir.

4. İşə kassasiya qaydasında baxılarkən mübahisəli məsələyə münasibətdə Ali Məhkəmənin ayrı-ayrı məhkəmə tərkibləri arasında fərqli hüquqi yanaşmaların mövcud olduğu müəyyən edilmişdir.

5. Belə ki, Ali Məhkəmənin Mülki kollegiyasının bəzi tərkibləri, məhkəmə qərardadı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsız sayılması haqqında ayrıca iddianın qaldırılmasını mümkün saymamışlar. Bu mövqe onunla əsaslandırılmışdır ki, məhkəmənin barışıq razılaşmasını təsdiqləməsi eyni zamanda, tərəflər arasında bağlanan sazişin etibarlılığının yoxlanılması anlamına gəlir və saziş təsdiq olunduqda qərardadın tərkib hissəsinə çevrilir. Barışıq sazişi ilə razı olmayan tərəf həmin sazişi mübahisələndirə bilməz. O, məhkəmə qərardadından mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada şikayət verə bilər. Ona görə də məhkəmənin təsdiqlədiyi barışıq sazişinin etibarsız sayılmasına dair iddia üzrə icraata xitam verilməsi əsaslıdır.

6. Məhkəmənin digər tərkiblərinin hüquqi mövqeyi ondan ibarətdir ki, sözügedən məhkəmə qərardadından prosessual qaydada şikayət vermək imkanı müstəqil əqd olan barışıq sazişinin etibarsızlığına dair maddi hüquqi əsaslarla ayrıca iddia qaldırmaq hüququnu istisna

7. Göründüyü kimi, qeyd edilən hüquqi məsələyə dair qanunvericiliyin tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi zərurəti yaranmışdır.

8. MPM-in 418-1-ci maddəsinə müvafiq olaraq, Ali Məhkəmənin məhkəmə tərkibi işə kassasiya qaydasında baxarkən Ali Məhkəmənin digər məhkəmə tərkibinin əvvəllər qəbul etdiyi qərarda müəyyən edilmiş hüquqi mövqedən fərqli yanaşmanın tətbiq edilməsini zəruri hesab etdikdə həmin mübahisəli hüquqi məsələyə hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədilə Ali Məhkəmənin mülki və kommersiya kollegiyalarına daxil olan bütün hakimlərdən ibarət tərkibdə baxılır.

9. Bu məqsədlə Ali Məhkəmənin sədri tərəfindən hazırda işə baxan Mülki kollegiyanın məhkəmə tərkibinin təqdimatı təmin edilərək, hüququn tətbiqi üzrə qeyd edilən mübahisəli hüquqi məsələ Mülki və Kommersiya kollegiyalarına daxil olan bütün hakimlərin müzakirəsinə çıxarılmışdır.

10. Mübahisəli hüquqi məsələ hüquq ictimaiyyətinin diqqətinə çatdırılmış, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki hüquq kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Sərvər Süleymanlının, Halle-Vittenberq Universitetinin Beynəlxalq iqtisadi hüquq və müqayisəli hüquq üzrə professoru Azər Əliyevin, Ali Məhkəmənin sabiq hakimi Əsəd Mirzəliyevin, Xarici Təhsilli Hüquqşünaslar Assosiasiyasının, “Remells” hüquq firmasının, vəkillər Pərviz Məmmədovun və Arif Əyyubovun yazılı formada əsaslandırılmış rəyləri (amicus curiae rəyi) Ali Məhkəməyə təqdim edilmişdir.

Məhkəmə tərkibinin mövqeyi:

11. Mübahisəli hüquqi məsələ məhkəməyə müraciət etmək imkanı ilə bağlı olduğu üçün bu hüququn təminatları və məhdudlaşdırılma əsasları nəzərdən keçirilməlidir.

12. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra- Konstitusiya) 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat

13. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra- Avropa Konvensiyası) 6-cı maddəsinin 1-ci hissəsinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna

14. Eyni zamanda, MPM-in 1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

15. Göründüyü kimi, məhkəməyə müraciət etmək hüququ konstitusion səviyyədə təminat altına alınmış və qanunda xüsusi olaraq nəzərdə tutulmuşdur.

16. Ölkəmizdə insan hüquq və azadlıqlarının həyata keçirilməsini Avropa Konvensiyasına uyğunlaşdırmaq məqsədi ilə qəbul edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 1-ci və 3.4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquqları və azadlıqları yalnız qanunla məhdudlaşdırıla bilər. İnsan hüquqlarına və ya azadlıqlarına qoyulan məhdudiyyətlər Azərbaycan Respublikasının Konstitusiyasında və bu Konstitusiya Qanununda nəzərdə tutulan qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır.

17. Beləliklə, məhkəməyə müraciət etmək hüququna gətirilən məhdudlaşdırma qanunda nəzərdə tutulmalı, qanuni məqsədə yönəlməli və mütənasib olmalıdır.

18. Odur ki, mübahisəli hüquqi məsələnin düzgün həlli üçün həmin şərtlər ardıcıllıqla yoxlanılmalıdır. Onlardan birinin aşkar edilməməsi məhdudiyyət üçün əsasın olmadığı qənaətinə gəlməyə kifayət edir, digərlərinin araşdırılmasına gərək qalmır.

19. Baxılan iş üzrə icraata xitam verilməsi mahiyyət etibarilə iddiaçının məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırdığı üçün bu məhdudiyyətin yuxarıda göstərilən əsaslara uyğun olub-olmadığına hüquqi qiymət verilməlidir.

20. Məhkəmələr işin icraatına xitam verilməsinin qanuni əsası kimi MPM-in 261.0.1- ci və 0.2-ci maddələrinə istinad etmişlər. Həmin normalara görə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, habelə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir.

21. Məhkəmələr mövqelərini belə əsaslandırmışlar ki, iddiaçının etibarsız sayılmasını tələb etdiyi barışıq razılaşması məhkəmənin qanuni qüvvəyə minmiş qərardadı ilə təsdiq edildiyi üçün həmin sazişin ayrıca iddia ilə mübahisələndirilməsi yolverilməzdir.

22. Məhkəmə tərkibi aşağıdakılara əsasən hesab edir ki, istinad olunan prosessual normalar iddiaçının məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdıran qanuni əsas(lar) hesab edilə bilməz.

23. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 1-ci və 881.2-ci maddələrinə əsasən barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur.

24. Barışıq sazişi eyni zamanda, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Mediasiya haqqında” Qanun) 1.0.7-ci maddəsində və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra- “İcra haqqında” Qanun) 1.2-ci maddəsində nəzərdə tutulmuşdur.

25. Göründüyü kimi, barışıq sazişi tərəflərin mübahisəli münasibətlərinə dair yeni bir hüquqi nəticə - hüquq və öhdəliklər əmələ gətirmək məqsədilə bağladıqları qarşılıqlı ikitərəfli (çoxtərəfli) müqavilədir. Barışıq sazişi tərəflər arasındakı mübahisənin və ya fikir ayrılığına səbəb olma potensialı daşıyan qeyri-müəyyənliyin aradan qaldırılmasına yönəlir.

26. Mülki qanunvericiliyin məqsədi mülki dövriyyə azadlığını təmin etmək, yəni subyektlərin öz şəxsi mənafelərini həyata keçirməyə hüquqi şəraiti yaratmaqdır (Mülki Məcəllə, maddə 1.1). İstər bu məqsəddən irəli gələn iradə sərbəstliyi (Mülki Məcəllə, maddə 1.2) və müqavilə azadlığı prinsipləri (Mülki Məcəllə, maddə 6.1.5 və 390), istərsə də Mülki Məcəllənin 12.2-ci maddəsinin “Mülki hüquq münasibətlərinin subyektləri həm qanunla birbaşa qadağan olunmamış hərəkətləri, həm də qanunda bilavasitə nəzərdə tutulmamış hərəkətləri icra edə bilərlər” müddəası onu deməyə əsas verir ki, barışıq razılaşması da mülki qanunvericilikdə nəzərdə tutulan müqavilələrdən biri olmaqla, tərəflər arasında öhdəlik hüquq münasibətləri yaradan əqd növüdür.

27. Müqavilə dedikdə, iki və ya daha artıq şəxsin hüquqi nəticə əmələ gətirmək üçün ifadə etdikləri və bir-birinə uyğun olan iradə bəyanları başa düşülür. Başqa sözlə, şəxslər ifadə etdikləri iradələri ilə özlərinin mülki hüquq və vəzifələrini əmələ gətirir, dəyişdirir və ya xitam edirlər. İradə bəyanı şifahi, sadə yazılı və ya rəsmi (notarial) formada, birtərəfli və ya müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər, məsələn, vəsiyyətnamə, etibarnamə, müqavilə və (Mülki Məcəllə, maddə 324.1, 324.2, 389.1, 406).

28. Barışıq razılaşmasının bağlanması üçün bir qayda olaraq forma tələb olunmur, lakin razılaşmada hər hansı formanın gözlənilməsini tələb edən əqdlər vardırsa, razılaşma bu əqdlər üçün tələb edilən forma üzrə tərtib olunmalıdır (Mülki Məcəllə, maddə 881.3). Məsələn, daşınmaz əşyaya sərəncam verilməsi razılaşdırılırsa, belə saziş notarial qaydada təsdiqlənməlidir.

29. Qanunvericilikdə barışıq sazişinin digər formaları da nəzərdə tutulmuşdur. Belə ki, tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi yazılı formada bağlanır (“Mediasiya haqqında” Qanun, maddə 33.1). Məhkəmənin təsdiqlədiyi barışıq sazişi isə protokol şəklində tərtib olunur (Mülki Məcəllə, maddə 3).

30. Tərəflərin öz aralarında sadə yazılı və ya notarial formada bağladıqları, yaxud mediasiya prosesi nəticəsində və ya məhkəmədə əldə etdikləri barışıq sazişlərinin ortaq cəhəti ondan ibarətdir ki, həmin iradə bəyanları məhkəmədə olan mülki prosesin (yaxud məhkəməyə getmə potensialı olan mübahisənin) tamamlanmasını təmin

31. MPM-in 191-ci maddəsində nəzərdə tutulmuşdur ki, tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. Tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda, iş üzrə icraata xitam

32. Göründüyü kimi, barışıq sazişi mübahisədə olan tərəflər arasında həm məhkəmədən kənar, həm də məhkəmə təsdiqi ilə bağlana bilər.

33. Bununla belə, məhkəmə təsdiqi barışıq sazişinin məcburi etibarlılıq şərti deyil, çünki barışıq sazişlərinin əmələ gəlməsi üçün məhkəmə təsdiqi qanunda məcburi şərt olaraq nəzərdə tutulmamışdır.

34. İddia icraatında məhkəmənin barışıq razılaşmasını təsdiq etməsi iki növ hüquqi ehtiyacı qarşılayır.

35. Birincisi, barışıq sazişi bağlayan tərəflər özləri həmin razılaşmanın qüvvəyə minməsi, yəni hüquqi müstəvidə etibarlı bir əqd kimi əmələ gəlməsi üçün onun məhz məhkəmə tərəfindən təsdiq olunmasını razılaşdıra bilərlər (belə razılaşma mediasiyada bağlanan sazişdə də nəzərdə tutula bilər). Yəni, tərəflər sazişi imzalasalar da, razılaşma yalnız məhkəmənin təsdiqindən sonra qüvvəyə minir və hüquqi nəticə yaradır. Bu zaman məhkəmə təsdiqetmə üçün zəruri olan prosessual məsələləri (sazişi imzalayan şəxslərin səlahiyyətlərini, barışığın qanuna zidd olub-olmamasını, üçüncü şəxsin hüquqlarını pozub-pozmamasını və ) yoxlayır. Həmin xüsusatlar məhkəməyə təqdim olunmuş (görünən) məlumat və sənədlər əsasında aydınlaşdırılır. Təsdiqə mane olan hallar aşkar edilmədikdə barışıq məhkəmə tərəfindən təsdiqlənir. Məhkəmənin barışıq sazişini qərardadla təsdiq etməsi həmin əqdin əmələ gəlməsinin tamamlayıcı ünsürü kimi çıxış edir. Bu halda məhkəmə təsdiqi sazişin yaranmasını (əqdin qüvvəyə minməsini) təmin etməklə yanaşı mülki prosesi tamamlayan (işin icraatına xitam verən) prosessual nəticə əmələ gətirir.

36. İkinci halda isə tərəflər sazişin qüvvəyə minməsini məhkəmə təsdiqindən asılı etmədən özləri təmin edirlər (məsələn, sadə yazılı müqaviləni imzalamaqla, yaxud notariat qaydasında təsdiqlətməklə). Eyni zamanda, mediasiya prosesində bağlanan barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır (“Mediasiya haqqında” Qanun, maddə 34.1). Bundan sonra barışıq razılaşması məhkəmənin icraatında olan işə xitam verilməsi üçün məhkəməyə təqdim Belə ki, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər (MPM, maddə 52.3). Bu halda da məhkəmə yuxarıda qeyd olunan prosessual şərtləri yoxlayaraq barışığı təsdiqləyir və ya bundan imtina edir.

37. Belə olan təqdirdə məhkəmənin sazişi qərardadla təsdiq etməsi həmin əqdin əmələ gəlməsi baxımından bir nəticə doğurmur. Bu nəticə: yəni, tərəflərin hüquq və öhdəlikləri təsdiqə qədər barışıq sazişinin qüvvəyə minməsi ilə əmələ gəlmişdir. Hətta məhkəmə ona təqdim olunan razılaşmanı təsdiqləməkdən imtina etsə, tərəflər öz iradələri (iddiadan imtina, iddia ərizəsinin baxılmamış saxlanılması və ) ilə mülki prosesi sonlandırmaqla həmin saziş üzrə münasibətlərini davam etdirməkdə sərbəstdirlər (dispozitivlik prinsipi).

38 Odur ki, ikinci halda tərəflərin məhkəmədən kənar əmələ gətirdikləri barışıq sazişinin məhkəmə qərardadı ilə təsdiqi yalnız prosessual hüquqi nəticələr doğurur. Bu nəticələr işin icraatına xitam verilməsi ilə mülki prosesin tamamlanması, buna müvafiq olaraq, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə yenidən mübahisə açılmasının qarşısının alınması, habelə sazişin şərtləri pozulduqda onun məcburi icrasının təmin olunmasıdır.

39. Mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişinin məhkəmə tərəfindən xüsusi icraatda təsdiqlənməsi isə yalnız razılaşmanın məcburi icrasını təmin etmək məqsədi daşıyır (“Mediasiya haqqında” Qanun, maddə 4; MPM, maddə 355-23.1).

40. Bundan əlavə, “İcra haqqında” Qanunun 20.1.2-ci maddəsinə əsasən, məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə icra sənədi üzrə icraata xitam

41. Beləliklə, barışıq sazişini təsdiqləyən məhkəmə qərardadı bir halda əqdin əmələ gəlməsini və prosessual hüquqi nəticələri təmin edir, digər halda isə yalnız prosessual nəticələr yaradır.

42. Göründüyü kimi, sazişin təsdiqləndiyi bütün hallarda barışıq razılaşması üzrə hər hansı iddiaya baxılmır, ona əsaslanan bir tələb (o cümlədən barışıq sazişinin etibarsızlığına dair mübahisə) həll O da nəzərə alınmalıdır ki, qərardad işi mahiyyəti üzrə həll edən məhkəmə aktı sayılmır (MPM, maddə 263.1).

43. Belə olan halda, tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə işə daha əvvəl baxılmasına dair məhkəmələrin mövqeləri əsassız olmuşdur.

44. Məhkəmə tərkibi qeyd edir ki, hakimin barışıq sazişini təsdiqləmək üçün qanunda nəzərdə tutulmuş prosessual tələblərə riayət etmək vəzifəsi barışıq razılaşmasının etibarlı olub-olmamasına qiymət verilməsi hesab edilmir.

45. Belə ki, MPM-in 52.5-ci maddəsinə görə, tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Eyni yanaşma “Mediasiya haqqında” Qanunun 34.5-ci və MPM-in 355-26.1-ci maddələrində əks olunmuşdur.

46. Bu normalarda göstərilən qanunazidlik və ya başqa şəxslərin mənafeyi barışığın təsdiq olunmasının prosessual şərtlərini özündə ehtiva edir. Çünki əsas təyinatı tərəflərin və məhkəmənin prosessual hərəkətlərini tənzimləmək olan MPM-in həmin normalarının məqsədi təsdiqetmənin prosedurunu (üsulunu) müəyyən etməkdir. Belə ki, məhkəmə önündə barışıq, prosessual icraat olduğundan onun təsdiqlənməsi də prosessual hüquqa Bu səbəbdən məhkəmə barışığı təsdiqlədiyi anda onun görünən qanuni tələblərə uyğun olub-olmadığını (subyekt tərkibinə aid şərtləri – fiziki və ya hüquqi şəxsin mövcud olmasını, fəaliyyət qabiliyyətini, sazişi imzalayan təmsilçinin səlahiyyətlərini, razılaşmanın tərəflərin ifadə etdikləri iradələrini əks etdirməsini, sazişin şəxsiyyətin hüquqlarına, məcburi hüquq normalarına, ictimai qaydaya və ya əxlaqa zidd olmamasını, yaxud hansısa şərtin etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin bir tərəfinə zərər vurub-vurmadığını və s.) yoxlayır və protokollaşdırır. Əgər məhkəmə barışığın bu şərtlərə uyğun olduğu qənaətinə gələrsə, onu təsdiqləyərək işin icraatına xitam verir, əks halda təsdiqdən imtina edir. Təsadüfi deyil ki, bu xüsusatla bağlı MPM-in 52.5-ci maddəsində “məhkəmə belə hərəkətləri qəbul etmir” ifadəsi işlədilmişdir. Odur ki, məhkəmənin fəaliyyəti bu prosessual hərəkətlərin yerinə yetirilməsi ilə məhdudlaşır.

47. Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinə məhkəmənin məhz xüsusi icraatda və on gün müddətində baxması (MPM, fəsil 40-7) proseduru da onu göstərir ki, belə təsdiqləmə (yaxud imtina) prosessual mahiyyət daşımaqla, mübahisəli maddi hüquqi məsələlərin araşdırılmasını ehtiva

48. MPM-in 52.5-ci və 355-26.1-ci maddələrində göstərilən halların yoxlanılmasının maddi hüquqi nəticələr də əmələ gətirməsi barədə mövqe ilə razılaşdıqda isə belə çıxır ki, məhkəmə barışıq sazişini təsdiqlədikdə razılaşmanın etibarlı olması faktını təsbit edir və əqdin etibarlılığına (o cümlədən tərəfin iradəsini zədələyən halların olmadığına) hüquqi qiymət verir. Məlum olduğu kimi, kassasiya instansiyası məhkəməsi də barışıq sazişini eyni əsaslarla təsdiq edərək işin icraatına xitam verə bilər (MPM, maddə 1.5). Halbuki, kassasiya məhkəməsinin iş üzrə hər hansı faktı müəyyən etmək və ona qiymət vermək səlahiyyəti yoxdur. Bu hal bir daha onu təsdiqləyir ki, barışıq sazişinin qanuna zidd olması və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmasının araşdırılması maddi hüquqi əsaslar üzrə yoxlama olmayıb, təsdiqetmə üçün prosessual tələblərin yerinə yetirilməsidir.

49. O da nəzərə alınmalıdır ki, bəzi hallarda məhkəmə barışıq sazişini təsdiq edərkən əqdin tərəflərinin iradəsinin təşəkkül tapmasına səbəb olan (məhkəmədən kənar) halları prosessual baxımdan yoxlamaq imkanında Bu vəziyyət müxtəlif səbəblərdən irəli gələ bilər: əqdin tərəfinin aldadıldığını, yaxud vacib əhəmiyyətli yanılmaya düşdüyünü özünün də bilməməsi, yaxud onu saziş bağlamağa məcbur edən hədənin hələ davam etməsi səbəbindən bu barədə məhkəməyə məlumat verməməsi və s. . Bu kimi halların mövcudluğuna baxmayaraq, görünən və yoxlanılan şərtlər əsasında sazişin imzalanması və təsdiqi, eləcə də razılaşma mətninin məhkəmə aktına daxil edilməsi, tərəfin qüsurlu davranışı, hakimin prosessual pozuntuya yol verməsi və səhv qərardad çıxarması kimi qiymətləndirilə bilməz. Belə olan halda, məhkəmə aktının ləğv edilməsi üçün prosessual hüquqi əsas mövcud olmur.

50. Digər tərəfdən, qeyd olunan prosessual hərəkətlər hüququ pozulmuş şəxsi iradəsinin zədələnməsi ilə bağlanmış əqdə bağlı qalmağa məcbur edə bilməz. Bu hallar mülki qanunvericiliyə uyğun qaydada araşdırılmalı və məsələyə hüquqi qiymət verilməlidir. Həmin araşdırmanın predmetini isə məhkəmə qərardadı (onun prosessual qanunvericiliyə zidd olaraq çıxarılması) deyil, barışıq razılaşmasını əmələ gətirən iradənin zədəli olub-olmaması kimi maddi hüquqi əsaslar təşkil edəcəkdir.

51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli qərarında oxşar məsələ ilə bağlı göstərilmişdir ki, “məhkəmələrdə hər hansı müqavilənin aldadılma nəticəsində bağlanması məsələsinə baxılarkən tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri müəyyən edilməlidir mübahisələndirilən müqaviləni tərəflərin imzalaması və notariat qaydasında təsdiqlənməsinin, ödəniş qəbzinin iddiaçı tərəfindən imzalanıb-imzalanmadığının, ümumiyyətlə, mübahisə predmeti olmaması, mülki iş üzrə iddia tələbinin isə məhz həmin müqavilənin aldadılma nəticəsində bağlanması səbəbindən irəli sürülməsi nəzərə alınmamışdır. ...Belə ki, bu növ iddia tələbi üzrə araşdırılma zamanı məhkəmələr tərəfindən əqdi əmələ gətirən iradə ifadəsinin aldadılma nəticəsində edilib-edilmədiyi yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər”.

52. Barışıq sazişinin iradə zədələnməsi və digər səbəblərdən etibarsız olması ilə bağlı dəlillərin məhkəmə qərardadından verilən şikayət çərçivəsində araşdırılması da hüquqi baxımdan mümkün

53. Çünki şikayət icraatı ancaq məhkəmə aktına qarşı istifadə oluna bilən prosessual Barışığın təsdiq edilməsi və işə xitam verilməsi prosessual fəaliyyət olduğu üçün bu barədə qərardaddan şikayət də prosessual səbəblərdən dolayı verilə bilər. Belə səbəblər dedikdə, prosessual hüquq qaydalarının yanlış tətbiq edilməsi nəzərdə tutulur. Ona görə də şikayət icraatında maddi hüquqi fakt olan barışıq sazişi deyil, onu təsdiqləyən və prosesi sonlandıran məhkəmə aktının prosessual tələblərə (xüsusən, bu qərarın 46-cı bəndində sadalanan şərtlərə) uyğun qəbul edilib-edilmədiyi yoxlanılır. Bu zaman tətbiq edilən hüququn prosessual normalar olması səbəbindən şikayətə baxan məhkəmənin araşdırma predmetini təsdiqetmənin MPM-ə uyğun aparılıb-aparılmaması təşkil edir. Odur ki, həmin araşdırma nəticəsində çıxarılan qərar barışıq razılaşmasının deyil, məhkəmə aktının qanuniliyinin yoxlanılması ilə bağlı olur. Əgər məhkəmə aktı prosessual qaydalara uyğun olmadan çıxarılmışsa, ləğv edilir. Bu halda mülki işin icraatı təzələnir, mübahisəyə yenidən baxılmasına prosessual imkan yaranır.

54. Beləliklə, məhkəmə tərkibi göstərilən hüquqi mövqelərə əsasən bu nəticəyə gəlir ki, məhkəmənin barışığı təsdiq və ya bundan imtina etməsi, yaxud qərardaddan şikayət verilməsi tamamilə prosessual hərəkətlərdir. Ona görə də qərardaddan şikayət verilərkən sazişi təsdiqləyən məhkəmə aktının prosessual tələblərə uyğun çıxarılmadığına istinad oluna bilər. Şikayət icraatında aparılan araşdırmanın həddi həmin dəlillər əsasında qərardadın yoxlanılması ilə məhdudlaşır.

55. Bu səbəbdən məhkəmə aktından şikayət vermək imkanı barışıq sazişinin özünün etibarsızlığına dair maddi hüquqi əsaslarla iddia qaldırmaq hüququna təsir etmir. Çünki barışıq razılaşması tərəflərin anlaşması ilə bağlanır və məhkəmənin bu barədə, yəni barışığın daxili tərəfinə dair verilmiş bir qərarı Barışığın daxili tərəfini təşkil edən razılaşma (saziş) ancaq maddi hüquq əsasında yoxlanıla bilər. Ona görə də iradəsi zədələnmiş, yaxud digər əsasla barışıq sazişinin etibarsızlığını irəli sürən şəxs, bu halların təsbit olunması üçün ayrıca iddia qaldırmaq hüququna malikdir. Belə iddiaya məhkəmə tərəfindən ümumi qaydada baxılmaqla barışıq razılaşmasının etibarsız sayılıb- sayılmamasına hüquqi qiymət verilməlidir.

56. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.

57. Əqdin etibarsız sayılmasına əsas olan hallar Mülki Məcəllənin 339-347-ci və digər maddələrində göstərilmişdir. Həmin əsaslardan biri olduqda, qanunverici hər hansı meyara görə fərq qoymadan, hüququ pozulan şəxsin bütün əqdlərin etibarsızlığına dair iddia qaldırmaq hüququnu nəzərdə tutmuşdur. Başqa sözlə, məhkəmə qərardadı ilə təsdiqlənmiş əqdlərin etibarsızlığı ilə bağlı ümumi qaydada iddia qaldırmaq hüququ hansısa qanun norması ilə məhdudlaşdırılmamışdır.

58. Yuxarıda qeyd olunanlar eynilə mediasiyada bağlanmış barışıq sazişinin xüsusi icraatda təsdiq (yaxud bundan imtina) edilməsi haqqında qətnamədən və icra icraatında tərəflərin əldə etdikləri barışıq sazişinin təsdiq edilməsi barədə qərardaddan verilmiş şikayət icraatlarına

59. Məhkəmə tərkibi onu da nəzərə alır ki, məhkəmə qərarı ilə təsdiq olunmuş barışıq sazişinin etibarsızlığına dair iddia qaldırmaq imkanı Türkiyə, Almaniya, Fransa kimi xarici ölkələrdə də tanınır. Eyni zamanda, mülki hüquq nəzəriyyəsində məhkəmə qərarı ilə təsdiqlənən barışıq sazişi müstəqil əqd kimi qəbul edilməklə, onun etibarsızlığının ümumi qaydada mübahisələndirilməsi mümkün sayılır.

60. Beləliklə, yuxarıda göstərilən hüquqi mövqelərə əsasən məhkəmə tərkibi bu qənaətə gəlir ki, iddiaçının barışıq sazişinin etibarsızlığına dair tələbinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olduğundan MPM-in 261.0.1-ci maddəsi ilə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə işə daha əvvəl baxılmadığından MPM-in 0.2-ci maddəsi ilə işin icraatına xitam verilməsi üçün əsaslar yoxdur.

61. Bu səbəbdən iddiaçının məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdıran qanun norması mövcud Belə olan halda, işin icraatına xitam verilməsi Konstitusiyanın 60-cı maddəsinin 1-ci hissəsində və Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsində təsbit olunan məhkəmə müdafiəsi hüququnun pozulması kimi qiymətləndirilir.

62. Məhkəmə tərkibi onu da qeyd edir ki, barışıq sazişinin etibarsız sayılması barədə iddianın qaldırılması, həmin sazişi təsdiqləyən məhkəmə qərardadı əsasında verilmiş icra sənədinin icrasının dayandırılmasına əsas Belə ki, “İcra haqqında” Qanunda icraatın dayandırılmasının belə bir əsası nəzərdə tutulmamışdır. Həmin Qanunun 17.1.4- cü maddəsi isə məhkəmə tərəfindən verilmiş icra sənədlərinə aid deyil.

63. Göstərilənlərə əsasən, Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarına daxil olan bütün hakimlərdən ibarət məhkəmə tərkibi MPM-in 418-1.1-ci maddəsini rəhbər tutaraq,

Qərara aldı:

Məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsız sayılması barədə iddiaya əqdin etibarsızlığına dair qanunda nəzərdə tutulan ümumi əsaslarla baxıla bilər.

Qərardad Azərbaycan Respublikası Ali Məhkəməsinin rəsmi internet səhifəsində və Azərbaycan Respublikası Ali Məhkəməsinin Bülletenində dərc edilsin.

Oxşar xəbərlər