Rusiyada dövlətə xəyanətdə ittiham edilən ər-arvada hökm oxunub


  • 31 İyul 14:22

Moskva Şəhər Məhkəməsi ər və arvad olan Rusiya vətəndaşlarını dövlətə xəyanətdə ittiham edərək 15 və 17 il müddətinə azadlıqdan məhrum edib.

E-huquq.az TASS-a istinadən xəbər verir ki, onlar Ukrayna hərbi kəşfiyyatının tapşırığı ilə Rusiya Federal Təhlükəsizlik Xidməti, Rusiya Federal Mühafizə Xidməti, Rusiya Daxili İşlər Nazirliyi, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahına tabe olan Baş Kəşfiyyat İdarəsi və Rusiya Milli Qvardiyası bölmələri haqqında məlumatları, hüquq-mühafizə orqanları əməkdaşlarının, hakimlərin və hərbi komissarlıqların şəxsi məlumatlarını toplayıb xüsusi xidmət orqanına ötürmüşlər.

Qeyd edək ki, təqsirləndirilən şəxslər 2024-cü ilin may ayında Qələbə Günü ərəfəsində kustar üsulla hazırlanmış alışdırıcı qurğulardan istifadə etməklə Moskvada potensial təhlükəli obyektlərdə diversiya aktları törətməyi və daha sonra Ukraynaya qaçmağı planlaşdırırmışlar.

Humay Eminqızı

Oxşar xəbərlər