Piyadanın ölümündə təqsirləndirilən sürücü hakim qarşısına çıxarılır


  • 21 Fevral 15:20

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Əkrəm Abbasovun cinayət işi üzrə ibtidai istintaq baş çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib.

Hakim Ramiz Quliyevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə şəhərin 10-cu məhəlləsində qeydə alınıb. Belə ki, Əkrəm Abbasov idarə etdiyi "Prius" markalı maşınla 1968-ci il təvəllüdlü Tükəzban Süleyman qızı Məmmədovanı vurub. Xəstəxanaya çatdırılan piyada bu gün ölüb. Ə.Abbasova qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər