Bakıda keçmiş həyat yoldaşının qətlində təqsirləndirilən şəxsin məhkəməsi başlayır


  • 13 İyun 18:14

Bakıda keçmiş həyat yoldaşının qətlində təqsirləndirilən Rövşən Quliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Azad Məcidovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası iyunun 21-nə təyin olunub.

Qeyd edək ki, 1985-ci il təvəllüdlü Rövşən Quliyev Nərimanov rayonu S.Ələsgərov küçəsi ərazisində aralarında yaranmış mübahisə zamanı keçmiş həyat yoldaşı Sevinc İbrahimovanı öldürməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsilə ittiham irəli sürülüb.

Şəbəm Mehdizadə

Oxşar xəbərlər