Qırğız Respublikası Vəkillər Şurasının sədri: "Qadın haqlarının müdafiəsi bizim üçün prioritet məsələlərdəndir"


  • 2 İyun 2023 12:32

"Qadın haqlarının müdafiəsi bizim üçün prioritet məsələlərdən biridir".

E-huquq.az xəbər verir ki, bunu Qırğız Respublikası Vəkillər Şurasının sədri Bilim Rayımkulov türk dünyasının ilk qadın vəkili Sürəyya Ağaoğlunun 120 illik yubileyinə həsr edilən "Gender Bərabərliyi Beynəlxalq İnsan Hüquqlarının hissəsi kimi" mövzusunda beynəlxalq konfransda çıxış edərkən deyib.

Onun sözlərinə görə, Qırğızıstanda məişət zorakılığına məruz qalan qadınlara hökumət səviyəsində lazımi dəstək göstərilir.

Bilim Rayımkulov, həmçinin bildirib ki, Qırğızıstanda gender strategiyası işlənib hazırlanıb.

Vəkillər Şurasının sədri ölkəsində qadın vəkillərin fəaliyyətindən də danışıb: "Vəkillər Şurasının 3000 vəkil üzvü var. Onların 40 faizi qadınlardan ibarətdir. Həmçinin qadınlar rəhbər vəzifələrdə təmsil olunur".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər