Mənzillərin yüksək qiymət artımını hüquqi yolla necə tənzimləmək olar? - VİDEO


  • 8 İyul 2021 16:59

“Bəzi torpaq sahələrinin təyinatının dəyişdirilib paytaxtın mərkəz və ətraf ərazilərdə çoxmənzilli binaların tikintisi üçün nəzərdə tutulması bir qədər təzyiqi azalda bilər”.

E-huquq.az xəbər verir ki, bunu ARB24-ün “Nə baş verir?” verilişinə açıqlamasında əmlak eksperti Ramil Qasımzadə deyib.

O bildirib ki, bələdiyyələrin istifadəsində mövcud olan torpaq sahələrinin hərraclar vasitəsi ilə müsabiqə əsasında həyata keçirilməsi və satışa çıxarılması yüksək qiymət artımını tənzimləyə bilər: “Bundan başqa paytaxtın özündə bəzi torpaq sahələri var ki, xüsusilə Sabunçu, Suraxanı rayonunda onlar kənd təsərrüfatı təyinatlı torpaq sahələridir. Bu torpaq sahələrinin bir çoxunda fərdi yaşayış evləri inşa olunsa da, çox mənzilli binaların tikintisi üçün bu əlverişli olmur. Buna görə də, bəzi torpaq sahələrinin təyinatının dəyişdirilib paytaxtın mərkəz və ətraf ərazilərdə çoxmənzilli binaların tikintisi üçün nəzərdə tutulması bir qədər təzyiqi azalda bilər”.

R.Qasımzadə qeyd edib ki, paytaxtın torpaq bazarındakı qiymətlər 2014-cü ildən etibarən hər il 10-15 faiz aralığında artıb: “Bu təbii haldır, çünki ildən-ilə xüsusilə mərkəzi hissədə olan torpaq sahələri azalır. Bu gün torpaq bazarında qiymətlərin baha olduğu rayonlar Səbail, Nərimanov və Nəsimidir. Amma digər rayonlarda isə qiymətlər nisbətən aşağıdır. Əmlak Məsələləri Dövlət xidməti tərəfindən həm sahibkarala, həm də vətəndaşlara torpaq sahələri təklif olunub. Hər ay mütəmadi olaraq hərraclar keçirilərək sahibkarlara həm ölkənin digər rayonlarında, həm də Bakı şəhərində torpaq sahələri təklif olunur. Əmlak Məsələləri Dövlət xidmətinin bazara çıxardığı torpaq sahələri bazar qiymətinə uyğun olsa da, çox da bahalı olmur”.

Oxşar xəbərlər