Mediasiya Şurası İdarə Heyəti və mediasiya təşkilatları rəhbərlərinin iştirakı ilə iclas keçirilib - FOTO


  • 14 İyun 2022 22:41

İyunun 14-də Mediasiya Şurası İdarə Heyəti və mediasiya təşkilatları rəhbərlərinin iştirakı ilə iclas keçirilib.

E-huquq.az xəbər verir ki, görüşün keçirilməsində əsas məqsəd bu günədək formalaşmış mediasiya praktikasının təhlil olunması, mövcud nöqsanların təhlil edilməsi, yaranmış nümunəvi praktikanın nəzərdən keçirilməsi olub.

İclasda həmçinin mediasiya təşkilatlarının fəaliyyətində vahid yanaşmanın və keyfiyyətə müsbət təsir edən standartların tətbiq edilməsi, təşkilatların əmək və mülki müqavilələr üzrə mediatorlarla münasibətlərində təcrübədə yaranan çətinliklər təhlil edilərək mediasiya sahəsində bir çox aktual məsələlər müzakirəsi edilib.

Görüş zamanı İdarə Heyətinin sədri Nadir Adilov on aylıq mediasiya praktikasının təkminləşdirilməsi sahəsində gördüyü işlərə görə mediatorlara və mediasiya təşkilatları rəhbərlərinə təşəkkür edib və bundan sonra daha da məsuliyyətlə keyfiyyətli mediasiya xidmətlərinin göstərilməsinin əsas hədəf kimi olduğunu qeyd edib

Görüş ümumi müzakirələrlə və mediasiya praktikasının təkminləşdirilməsi üzrə təkliflərlə davam edib. Qərara alınıb ki, ayda iki dəfə olmaqla mediasiya təşkilatları rəhbərlərinin iştirakı ilə davamlı müzakirələr aparılsın və nəticəyə müsbət təsir edən bütün təkliflər nəzərə alınsın.

Oxşar xəbərlər