Avropa Məhkəməsinə şikayət müddəti azaldılır


  • 19 Yanvar 2022 19:30

Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət etmək müddəti azaldılır.

E-huquq.az xəbər verir ki, bu barədə Avropa İnsan Hüquqları Konvensiyasının 15 saylı Protokolunda edilən dəyişiklikdə qeyd olunub.

Dəyişikliyə əsasən, şikayət ərizəsi bütün daxili hüquq müdafiə vasitələri tükəndikdən və müvafiq son qərardan sonra 6 ay müddətində deyil, 4 ay müddətində göndərilməlidir.

4 aylıq müddət qaydası 1 fevral 2022-ci il tarixində qüvvəyə minir.

Oxşar xəbərlər