Onlayn yolla heroin və metamfetamin satan narkotacirin məhkəməsi başlayır


  • 3 İyun 2023 18:15

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Pərviz Babazadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib

İş hakim Fərid Namazovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, P.Babazadənin üzərində şəxsi axtarış aparılan zaman 23 qram heroin, 120 qram metamfetamin, ümumilikdə 67 ədəd psixotrop tərkibli tramadol, preqabalin, metadon həbi və 1 ədəd elektron tərəzi aşkar edilib. Pərviz Babazadə ifadəsində qeyd edib ki, sosial şəbəkələrdə birbaşa əlaqə yaradaraq tanış olduğu xarici ölkələrdən birinin vətəndaşı ona qaçaqmalçılıq yolu satmaq məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddə göndərib. O, həmin narkotik vasitələri Binəqədi rayonunda əvvəlcədən razılaşdırılan yerdən satmaq məqsədi ilə götürüb. Saxlanılan şəxs təxminən iki aydır ki, Bakı şəhərində onlayn yolla narkotik vasitələrin satışını təşkil etdiyini bildirib. P.Babazadəyə qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər