Biləcəridə evdən oğurluq etməkdə təqsirləndirilən dəstə üzvləri hakim qarşısına çıxarılır


  • 11 İyul 2024 17:01

Biləcəridə evdən oğurluq etməkdə təqsirləndirilən Mirkamal Ağayev, Amil Nəsirov, Elmin Rüstəmov və Məhəbbət İslamovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

Hakim Elçin Ağayevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Hacıqabul rayon sakini Mirkamal Ağayev, Sabirabad rayon sakini Məhəbbət İslamov, Xaçmaz rayon sakini Elmin Rüstəmov və Astara rayon sakini, əvvəllər məhkum olunmuş Amil Nəsirov Biləcəri qəsəbəsində yerləşən evlərin birindən 4 700 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda təqsirləndirilirlər. Onlara qarşı Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər