Vəsiyyətnamə hansı hallarda etibarsız sayıla bilər?


  • 23 Fevral 13:50

Vəsiyyətnamə əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır.

E-huquq.az-ın məlumatına görə, qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya bir-birinə zidd olan şərtlər etibarsızdır.

Əgər vəsiyyətnamə Mülki Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər.

Qeyd edək ki, xeyrinə vəsiyyətnamə tərtib edilmiş şəxs vəsiyyət edəndən tez öldükdə;

Vəsiyyət edilmiş əmlak vəsiyyət edənin sağlığında itirildikdə və ya onun tərəfindən özgəninkiləşdirildikdə;

Yeganə vərəsə mirası qəbul etməkdən imtina etdikdə vəsiyyətnamə qüvvədən düşür.

Sevgül Qasımzadə

Oxşar xəbərlər