Fiziki şəxs hansı hallarda itkin düşmüş hesab edilir?


  • 14 Oktyabr 2021 16:29

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 40-cı maddəsinə əsasən, əgər fiziki şəxsin olduğu yer məlum deyilsə və iki il ərzində o yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən, məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər.

E-huquq.az xəbər verir ki, xəbərsiz itkin düşmə haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin qanuni vərəsələri xəbərsiz itkin düşmüş şəxsin əmlakını etibar olunmuş əmlak kimi idarə etmək, o cümlədən ondan fayda götürmək ixtiyarı əldə edirlər.

Xəbərsiz itkin düşmüş şəxsin əmlakının idarəçisi itkin düşmüş şəxsin əmlakı hesabına onun borclarını ödəyir, əmlakı həmin şəxsin xeyrinə idarə edir, xəbərsiz itkin düşmüşün öhdəsində olan şəxslərə dolanacaq xərcləri verir.

Xəbərsiz itkin düşmüş şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə məhkəmə onun xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında qərarı, habelə onun əmlakını idarə olunması haqqında qərarı ləğv edir.

Oxşar xəbərlər