Mediator İlhamə Həsənova təltif olundu


  • 12 Avqust 2022 10:05

Bakı 2 saylı Mediasiya Təşkilatının rəhbəri İlhamə Həsənova təltif olunub.

E-huquq.az-ın məlumatına görə, Mediasiya Şurası İdarə Heyətinin qərarı ilə o, ayrı-ayrılıqda üç kateqoriya üzrə təltifə layiq görülüb.

Belə ki, İ.Həsənova həm təlimçi kimi mediatorların ixtisas artırılmasında göstərdiyi yüksək peşəkarlıq və dəstəyə görə, həm də Mediasiya praktikasında problemlərin öyrənilməsi, təhlili və nəticələrinin ümumiləşdirilərək təkliflər paketinin hazırlanması üzrə işçi qrupun rəhbəri kimi ona həvalə edilmiş işlərin çevik, sistemli və keyfiyyətli icrası sahəsindəki fəaliyyətinə görə diplomla təltif olunub.

Bundan başqa, Bakı 2 saylı Mediasiya Təşkilatının rəhbəri kimi də İ.Həsənovaya Təşəkkürnamə təqdim olunub.

Oxşar xəbərlər