Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiqindən hansı hallarda imtina edilə bilər?


  • 26 Oktyabr 2021 11:52

Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edilməsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq maddəsi ilə tənzimlənir.

E-huquq.az-ın məlumatına görə, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir:

barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda;

barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda.

Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun.

Oxşar xəbərlər