Uşaqların hüquq bərabərliyi necə tənzimlənir?


  • 1 İyun 2021 10:56

Uşaqların hüquq bərabərliyi Azərbaycan Respublikasının Uşaq Hüquqları haqqında qanununun müvafiq maddəsi ilə tənzimlənir.

E-huquq.az xəbər verir ki, uşaqların, onların valideynlərinin və ya onları əvəz edən şəxslərin sosial və əmlak vəziyyətindən, sağlamlığından, irqi və milli mənsubiyyətindən, dilindən, təhsilindən, dinindən, siyasi baxışlarından, yaşayış yerindən asılı olmayaraq uşaqlar ayrı-seçkiliyə məruz qala bilməzlər.

Bütün uşaqlar bərabər hüquqlara malikdirlər. Uşaqlar valideynlərinin və ya onları əvəz edən digər şəxslərin hərəkətlərinə görə məsuliyyət daşımır və valideynləri ilə bağlı səbəblərə görə onların hüquqlarının məhdudlaşdırılmasına yol verilmir.

Nikahda və ya nikahdankənar doğulmasından asılı olmayaraq uşaqların valideynləri barəsində eyni hüquqları vardır.

Oxşar xəbərlər